Modern.az

Pirşağıda bir nəfər dənizdə batıb

Pirşağıda bir nəfər dənizdə batıb

Hadisə

25 İyul 2023, 09:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 200 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər