İsmayıllı rayonunda yanğın olub.
Modern.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Məlumata görə, bazar yaxınlığındaka yerləşən evdə yanğın qeydə alınıb. Yanğın qısa zamanda genişlənib. Hadisə zamanı 2 fərdi yaşayış evi və mağaza yanıb.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.