Modern.az

Şəmkir bazarında YANĞIN

Şəmkir bazarında YANĞIN

Hadisə

27 İyul 2023, 08:40

Şəmkirdə yanğın olub.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun fəaliyyət göstərən bazarların birində qeydə alınıb.

 

Rayon Mərkəzi Bazarında Həbibli 1 MMC-nin ərazisində 1998-ci il təvəllüdlü Cəfərov Hidayət Namiq oğluna məxsus ümumi sahəsi 40 kv.m olan dəmir konusturuksuyalardan ibarət kababxanada anidən yanğın olub.

 

Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı kababxana kimi fəliyyət göstərən obyektin yanar konstruksiyaları və içərisində olan 1 ədəd soyuducu, qaz piltəsi, stol, stullar və digər əşyalar yanıb. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub.

 

Hadisənin səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər