Modern.az

44 yaşlı kişini “tok” vurub öldürdü

44 yaşlı kişini “tok” vurub öldürdü

Hadisə

27 İyul 2023, 09:20

Bakıda 44 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb, araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.

 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi