Modern.az

İcra başçısının qardaşını oğlu öldürüb - Cinayətin üstü açıldı

İcra başçısının qardaşını oğlu öldürüb - Cinayətin üstü açıldı

Hadisə

28 İyul 2023, 08:45

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

 

Modern.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisin həyata keçirdiyi əməliyyat tədbirləri ilə cinayətin üstü açılıb və Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

 

Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.

 

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər