Modern.az

6 yaşlı uşağı maşın vurdu

6 yaşlı uşağı maşın vurdu

29 İyul 2023, 00:30

Dünən saat 23 radələrində Oğuz rayonunun Qumlaq kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Valeh Şərifov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə piyada, 2017-ci il təvəllüdlü A. Abbasovu vurub. 

 

Azyaşlı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?