Modern.az

Hərbçimiz yol qəzasında HƏLAK OLDU

Hərbçimiz yol qəzasında HƏLAK OLDU

Hadisə

2 Avqust 2023, 11:12

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Unikal"a istinadən xəbər verir ki, hərəkətdə olan iki minik maşınının toqquşması nəticəsində sürücülərdən biri, Azərbaycan Ordusunun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Tovuz rayon sakini Ceyhun Ağarzayev və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib.

 

1961-ci il təvəllüdlü Faxrəddin Bədirov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər