Modern.az

Maşınla vurulan piyada 10 gün sonra öldü

Maşınla vurulan piyada 10 gün sonra öldü

Hadisə

3 Avqust 2023, 09:30

Bakıda avtomobilin vurduğu piyada 10 gündən sonra ölüb.

 

Modern.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi iyulun 24-də paytaxtın Nizami rayonu Babək prospektində qeydə alınıb.

 

Belə ki, Maqsud Mirzəzadə idarə etdiyi "Kia Sorento" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1973-cü il təvəllüdlü Rauf Qasımovu vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, 10 gündən sonra müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər