Modern.az

Şabranda yol qəzası - 3 nəfər yaralandı

Şabranda yol qəzası - 3 nəfər yaralandı

Hadisə

3 Avqust 2023, 12:12

Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

 

Xəsarət alan Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər