Modern.az

Küçədə uşağı döyən azyaşlılar TAPILDI

Küçədə uşağı döyən azyaşlılar TAPILDI

Hadisə

4 Avqust 2023, 12:58

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar:

 

"Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.

 

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 

Hazırda təhqiqat araşdırmaları davam etdirilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər