Modern.az

Bakıda maşından 20 min manat OĞURLANDI

Bakıda maşından 20 min manat OĞURLANDI

Hadisə

5 Avqust 2023, 11:12

Bakıda avtomobildən 20 000 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Binəqədi qəsəbəsi ərazisində avtomobilin saxlanc yerindən 20 848 manat pulun oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər