Modern.az

Oğurladığı kartla alış-veriş etdi

Oğurladığı kartla alış-veriş etdi

5 Avqust 2023, 13:00

Gəncədə oğurladığı kartla alış-veriş edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 3-də Gəncə şəhərində “Mercedes” markalı bir avtomobildən bank kartının oğurlanması və alış-veriş etməklə həmin kartla 99 manat dəyərində ödəniş edilməsi barədə polisə məlumat daxil olub.

 

Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Elcan Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu