Modern.az

35 yaşlı kişini öldürən şəxs TUTULDU

35 yaşlı kişini öldürən şəxs TUTULDU

6 Avqust 2023, 08:45

Avqustun 6-də saat 05 radələrində Xətai rayonu Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Potapov Dimitri İqoyeviçin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən edilib saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Muradzadə Ülvi Təzəxan oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər