Modern.az

Goranboyda piyadanı maşın vurdu

Goranboyda piyadanı maşın vurdu

Hadisə

6 Avqust 2023, 13:11

Goranboyda piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər