Modern.az

Şəmkirdə maşın aşdı, 16 yaşlı oğlan öldü

Şəmkirdə maşın aşdı, 16 yaşlı oğlan öldü

7 Avqust 2023, 11:58

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb.

 

Hadisə nəticəsində avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər