Modern.az

53 yaşlı qonşusunu döyüb ÖLDÜRDÜ

53 yaşlı qonşusunu döyüb ÖLDÜRDÜ

Hadisə

8 Avqust 2023, 12:21

Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü Ruslan Süleymanovun döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması, göstərilən tibbi yardımlara baxmayaraq bu gün xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

İlkin araşdırma zamanı R.Süleymanovla qonşusu, 1988-ci il təvəllüdlü İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı sonuncunun küt alətlə R.Süleymanovun ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib.

 

İ.Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər