Modern.az

Muğanlıdakı qəzada qadın və azyaşlı yaralanıb

Muğanlıdakı qəzada qadın və azyaşlı yaralanıb

8 Avqust 2023, 14:22

Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Qeyd edilib ki, hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu