Modern.az

Qobuda içərisində avtomobil olan təmir sexi YANDI

Qobuda içərisində avtomobil olan təmir sexi YANDI

Hadisə

13 Avqust 2023, 10:41

Abşeron rayonunun Qobu qəsəbəsində içərisində avtomobil olan təmir sexi yanıb.

 

Bu barədə “Modern.az”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

 

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər