İsmayıllıda insan tələfatı ilə nəticələnən qəza baş verib.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilir ki, dünən axşam saatlarında İsmayıllı şəhəri ərazisində Azad Şalbuzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Məmmədov Sədiyar Əziz oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada vəfat edib.