Modern.az

Uçqun altında qalmış şəxsin meyiti tapıldı - YENİLƏNİB

Uçqun altında qalmış şəxsin meyiti tapıldı - YENİLƏNİB

16 Avqust 2023, 14:42

Göygöl şəhərində fərdi yaşayış evində uçqun altında qalmış 1987-ci il təvəllüdlü Cəfərov Emin Əlivənd oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bu barədə Modern.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it cəlb olunub.

 

***

22:44

Göygöldə binanın zirzəmisi çöküb.

 

Modern.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb.

 

İlkin məlumata görə evdə təmir gedərkən çökmə zamanı 1 nəfər dağıntı altında qalıb. Hadisə yerinə Polis və digər qurumların əməkdaşları cəlb olunub. Hazırda xilasetmə işləri gedir. Bir nəfərin dağıntı altında qalaraq öldüyü bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər