Modern.az

Metroda nasazlıq yarandı - Sərnişinlər düşürüldü

Metroda nasazlıq yarandı - Sərnişinlər düşürüldü

Hadisə

16 Avqust 2023, 23:25

Bakı metrosunda qatarın qapısındakı nasazlıq yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

 

Qeyd olunub ki, "Sahil" stansiyasında "İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının bağlanmaması ilə bağlı maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb.

 

"Vaqon qapısının bağlanması ilə bağlı problem olmadığı aşkarlansa da, sərnişin təhlükəsizliyi tələbinə, metropolitenin müvaviq qaydalarına uyğun olaraq, eləcə də qatarların hərəkət qrafikinin pozulmaması məqsədilə sərnişinlər düşürülüb, qatar sərnişinsiz yola salınıb. "28 May" stansiyasında qapıya təkrar baxış keçirilib, işarəvermə sistemi yoxlanılıb. Hər hansı bir texniki problemin olmadığına əminlik yarandığından, "Gənclik" stansiyasından başlayaraq, qatar sərnişinlərlə yoluna davam edib", - deyə bildirilib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu