Modern.az

Maşın ağaca çırpıldı - 3 nəfər öldü

Maşın ağaca çırpıldı - 3 nəfər öldü

18 Avqust 2023, 20:39

Şəkidə ağır yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər ki, hadisə saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinidən keçən hissəində baş verib.

 

Hadisədə üç nəfər ölüb, ikisi isə ağır xəsarət alıb.

 

İlkin məlumata görə, Şəkidən Oğuz rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı 10-VX-141 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

 

Hazırda hadisə yerində müvafiq qurumlar araşdırma aparır. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər