Modern.az

Sumqayıtda məktəb binası yandı

Sumqayıtda məktəb binası yandı

20 Avqust 2023, 00:32

Sumqayıt şəhərində təmirdə olan orta məktəb binasında yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, binanın sahəsi 3600 kvadratmetr olan üçmərtəbəli korpusunun birinci mərtəbəsinin dəhlizində həcmi 25 litr olan boya ilə dolu qab və 2 kvadratmetr sahədə taxta tullantıları yanıb.

 

Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Məktəb binası yanğından mühafizə olunub

.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər