Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.
Hərəkətdə olan "Qazel" markalı mikroavtobus yola çıxan mal-qaraya görə idarəetməni itirib.
Mikroavtobusda qəzaya düşən şəxslər istixana işçiləri olub.
Qəza zamanı onlardan 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanların adları aşağıdakı kimidir:
Günel Alısəfərova (1985);
Elnur Mayılov (1997);
Tahirə Əliyeva (1964);
İlhamə Zeynalova (1974);
Dürdanə Məmmədova (1967);
Kəmalə Məmmədova (1979).