Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonunun Mahmudlu kənd sakini, 1968-ci il təvəllüdlü Fazil Alıyevin bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə F. Alıyevə xəsarət yetirməkdə şübhəli bilinən, həmkəndlisi, 1992-ci il təvəllüdlü Ülvi Paşayev saxlanılaraq istintaqa təhvil verilib.
İlkin dindirilmə zamanı şübhəli şəxs F. Alıyev ilə şəxsi münasibətlər zəminində mübahisə etdiyini, ona görə xəsarət yetirdiyini etiraf edib.