Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib.
Bu barədə Modern.az-a FHN-dən bildirilib.
Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Xaçmaz" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.