Modern.az

\"Ömər aşırımı\"nda qəza - Türkiyə vətəndaşları öldü

\

25 Avqust 2023, 08:08

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.

 

Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.

 

Hadisənin "Ömər aşırımı"nın yaxınlığında qeydə alındığı deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər