Modern.az

\"Xutor\"da qəza oldu, tıxac yarandı

\

25 Avqust 2023, 09:40

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında qeydə alınıb.

 

Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Əraziyə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər