Modern.az

Bakıda qəza TIXAC yaratdı

Bakıda qəza TIXAC yaratdı

28 Avqust 2023, 16:54

Bakıda 2 qəza olub, yollarda sıxlıq yaranıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, hadisə paytaxtın Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

 

Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaşanır.

 

Digər bir yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindəbaş verib. Yol-nəqliyyat hadisəsi səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var.

 

"Yol polisi əməkdaşları hadisə yerindədirlər və hər iki yolda sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür", - məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər