Modern.az

İntihar etdiyi deyilirdi, öldürüldüyü ortaya çıxdı

İntihar etdiyi deyilirdi, öldürüldüyü ortaya çıxdı

28 Avqust 2023, 17:10

Avqustun 25-i gecə saat 2 radələrində Xırdalan şəhərində 1981-ci il təvəllüdlü Elsevər Həsənovun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Abşeron rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Elsevər Həsənovun bıçaqla özünə xəsarət yetirərək intihar etməsi yaxınları tərəfindən bildirilsə də, hadisənin təfərrüatları ətraflı olaraq rayon prokurorluğunda araşdırılıb.

 

Araşdırmalarla 1989-cu il təvəllüdlü Gülnar Məmmədovanın yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1981-ci il təvəllüdlü Elsevər Həsənova bıçaqla xəsarət yetirib, ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

 

Gülnar Məmmədova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər