Modern.az

İranlı zəvvarlar İraqda qəzaya düşdü - Ölən və yaralananlar var

İranlı zəvvarlar İraqda qəzaya düşdü - Ölən və yaralananlar var

Hadisə

29 Avqust 2023, 13:12

İraqda iranlı zəvvarları daşıyan avtobus aşıb.

 

Modern.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə məlumatı İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri açıqlayıb.

 

Onun sözlərinə görə, avtobusun aşması nəticəsində Ərbəin ziyarətinə yollanan 20 iranlı zəvvar həlak olub, çox sayda insan isə yaralanıb.

 

Yaralılar arasında üç azyaşlının da olduğu qeyd olunub.

 

Qəzanın səbəbləri açıqlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu