Modern.az

Sərnişinin pulunu və telefonunu oğurlayan taksi sürücüsü saxlanıldı

Sərnişinin pulunu və telefonunu oğurlayan taksi sürücüsü saxlanıldı

29 Avqust 2023, 15:28

Gəncədə sərnişinin pulunu və mobil telefonunu oğurlayan taksi sürücüsü saxlanılıb. 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, avqustun 28-də saat 12 radələrində Gəncə şəhəri ərazisində taksi sürücüsünün sərnişini olan qadının 500 manat pulunu və mobil telefonunu açıq talama yolu ilə alması barədə polisə məlumat daxil olub. 

 

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Yasin Əhmədov müəyyən olunaraq saxlanılıb. 

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər