Modern.az

Neftçalada 53 yaşlı kişi güllələndi

Neftçalada 53 yaşlı kişi güllələndi

1 Sentyabr 2023, 13:20

Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1970-ci il təvəllüdlü şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Hüseyin müəyyən edilərək saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər