Modern.az

Biləsuvarda qəza - 5 nəfər xəsarət aldı

Biləsuvarda qəza - 5 nəfər xəsarət aldı

Hadisə

3 Sentyabr 2023, 13:11

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.

 

"VAZ 2106” və “Priora” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində beş nəfərin xəsarət aldığı bildirilir.

 

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə