Modern.az

Ələt-Astara yolunda qəzada yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

Ələt-Astara yolunda qəzada yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

Hadisə

3 Sentyabr 2023, 16:25

Ələt-Astara avtomobil yolunda xəsarət alan şəxslərin kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 1998-ci il təvəllüdlü Etibar Əliyev, 2016-ci il təvəllüdlü Sadiq Əsgərli, 2008-ci il təvəllüdlü Yusif Ağayev və 1983-cü il təvəllüdlü Mətanət Əsgərova xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

15:07

 

Ələt-Astara avtomobil yolunda qəza olub, yaralananlar var.

 

Modern.az xəbər verir ki, hadisə yolun 105-ci km-də qeydə alınıb.

 

Belə ki, "Nissan" markalı minik avtomobili maneəyə çırpılıb.

 

Hadisə yerinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda yaralanan 4 nəfər xəstəxanaya aparılır. Onların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər