Modern.az

Əmisi oğlunu bıçaqladı, polisə yaxalandı

Əmisi oğlunu bıçaqladı, polisə yaxalandı

Hadisə

3 Sentyabr 2023, 22:17

Sentyabrın 3-də günorta saatlarında Ucar rayonunun Qazyan kənd sakini Ə.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən Modern.az-a məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmkəndlisi və əmisi oğlu D.Abdullayev saxlanılıb. 

 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Fakla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu