Modern.az

Kürdəmirdəki zəlzələ evlərdə çatlar YARATDI

Kürdəmirdəki zəlzələ evlərdə çatlar YARATDI

3 Sentyabr 2023, 22:54

Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndlərindəki evlərdə çatlar əmələ gəlib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.

 

Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar. Eyni zamanda, Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli bildirib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin törətdiyi fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

 

Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər