Modern.az

Tanışını qətlə yetirən şəxs TUTULDU

Tanışını qətlə yetirən şəxs TUTULDU

5 Sentyabr 2023, 09:34

Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

 

Şirvan Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub.

 

Hazırda ibtidai istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər