Modern.az

Ötən gün 45 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Ötən gün 45 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Hadisə

5 Sentyabr 2023, 12:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 45 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla dörd nəfər xilas edilib, yanğın zamanı 4 nəfər təxliyə olunub. Həmçinin Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Bulaqotağı kəndindən keçən hissəsində batan bir nəfərin cəsədi tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu