Modern.az

Tərtərdə ağır yol qəzası - Ölü və yaralı var

Tərtərdə ağır yol qəzası - Ölü və yaralı var

Hadisə

5 Sentyabr 2023, 17:14

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan "Opel" markalı avtomobil qarşıdan gələn "VAZ2106” markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ın sərnişini Novruzov Kənan Sərhad oğlu hadisə yerində həyatını itirib.

 

“VAZ”ın sürücüsü Nurlan Şirinov ilə "Opel"inn sürücüsü Məmmədov Qabil müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu