Modern.az

Yerə beş asteroid yaxınlaşacaq

Yerə beş asteroid yaxınlaşacaq

Hadisə

6 Sentyabr 2023, 08:00

Sentyabrın 12-dək Yerə beş asteroid yaxınlaşacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında məlumat verilib.

 

İlk, ev ölçüsündə olan asteroid sentyabrın 6-da Yerə ən yaxın, 5,11 milyon km məsafədən keçəcəyi gözlənilir.

 

Təyyarə və avtobus ölçüsündə növbəti iki astronomik obyekt sentyabrın 8-də Yerə yaxınlaşacaq.

 

Sentyabrın 10-da planetin yanından təyyarə ölçüsündə daha iki asteroid keçəcək. Onlarla Yer arasında minimum məsafə müvafiq olaraq 1,52 milyon və 2,66 milyon km olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu