Modern.az

Çilidə güclü ZƏLZƏLƏ

Çilidə güclü ZƏLZƏLƏ

Hadisə

7 Sentyabr 2023, 07:16

Çili sahilində 6,2 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi 161 min nəfər olan Kokimbo şəhərindən 41 km aralıda yerləşib. Yerli vaxtla saat 20:48-də (Bakı vaxtı ilə 03:48) qeydə alınan təbiət hadisəsinin ocağı 41 km dərinlikdə olub.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər