Türkiyənin gecə klubunda düşən silahlı dava ölümlə nəticələnib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursa şəhərinin Nilüfər rayonunda baş verib.
Dava gecə klubuna gələnlərlə mühafizəçi arasında düşüb. Hadisədə 4 nəfər yaralanıb, onlar ilkin müdaxilədən sonra xəstəxanaya çatdırılıblar.
Yaralılardan biri xəstəxanada ölüb, digərinin vəziyyəti ağırdır.