Modern.az

16 yaşlı yeniyetmə atasını öldürdü

16 yaşlı yeniyetmə atasını öldürdü

Hadisə

7 Sentyabr 2023, 23:54

Biləsuvarda qətl hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

 

Oktay Balaqardaş oğlu Soltanov yaşadıqları mənzildə övladı tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Atasını öldürdüyü deyilən oğul 16 yaşlı məktəblidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər