Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Modern.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Bağ evlərinin birinin sahibi, 1983-cü il təvəllüdlü Məmmədzadə Vüsal Mahir oğlu həmin evdə bağban işləyın şəxslə mübahisə zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırılır.