Modern.az

Biləsuvarda oğul atasını ÖLDÜRDÜ

Biləsuvarda oğul atasını ÖLDÜRDÜ

Hadisə

8 Sentyabr 2023, 08:54

Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Biləsuvar rayon Prokurorluğundan bildirilib.

 

İlkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılıb.

 

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər