Modern.az

Temperatur 5-8° enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Temperatur 5-8° enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Hadisə

8 Sentyabr 2023, 16:44

Sentyabrın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var.

 

Proses güclü küləklə müşahidə olunacaq, küləyin güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

 

Belə ki, sentyabrın 10-u səhərdən 11-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 10-da səhər və gündüz bəzi yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu 5-8 dərəcə aşağı enərək, gecə və gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

 

Sentyabrın 10-dan 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, Azərbaycanın rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.

 

Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-Aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

 

Qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, aran rayonlarında gecə 15-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

 

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Görançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər