Modern.az

Xaçmazdakı qətllə bağlı cinayət işi açıldı 

Xaçmazdakı qətllə bağlı cinayət işi açıldı 

Hadisə

8 Sentyabr 2023, 20:19

Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xaçmaz rayon prokurorluğunun məlumatında deyilir.

 

Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.


 

Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

 

Hazırda ibtidai istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər