Modern.az

Hərbçimiz Ağdamda minaya düşdü

Hərbçimiz Ağdamda minaya düşdü

10 Sentyabr 2023, 16:26

Sentyabrın 10-u saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

 

İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.

 

Hazırda mühəndis-istehkam bölmələri tərəfindən həmin ərazinin minalardan təmizlənməsi işləri aparılır.


Son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər