Modern.az

Göygöldə ağır qəza - Ölən və yaralananlar var

Göygöldə ağır qəza - Ölən və yaralananlar var

Hadisə

10 Sentyabr 2023, 23:30

Göygöl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində “VAZ-21015” markalı avtomobilin “KAMaz” markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər ölüb, 1998-ci il təvəllüdlü Tahirli Xalay Malik oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Bayram Vəli oğlu və onların həmyaşıdı Hüseynli Elgün Mübariz oğlu xəsarət alıblar.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza